Tema
Üye Ol Giriş Yap
Şiir Deneme Hikaye Makale Serbest Kürsü Sesli Şiirler Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Gördüm

Gördüm

Həyat qəribədir, sanki oyundur,

Oyunlar içində çox yalan gördüm.

Xəlvətdə düzlükdən danışanları 

Üzdə yalanlara əl çalan gördüm.

            

Nə çoxdur özünə ziyalı deyən,

Bahalı geyinib, özünü öyən

Ancaq yaltaqlanıb boynunu əyən,

Geyimin altında çul-palan gördüm.


Dövranmı dəyişib, yoxsa insanlar?

Özgənin dərdinə yoxdur yananlar.

Çoxalıb haqlının üstə çıxanlar.

Alçağı təriflə ucalan gördüm.

            

Gülləri kökündən qırıb-tökdülər.

Çıxarıb yerinə qanqal əkdilər.

Bülbülün köksünə bir dağ çəkdilər.

Quru gül dibində saralan gördüm.


Nə zaman doğrunu gətirsəm dilə,

Ağzımdan vurdular, hey bilə-bilə.

Fikir verirəm ki, mən ildən-ilə.

Yanımda dostları azalan gördüm.

            

Sözlərlə qəlbi bir olan görmədim

Vicdanı yadına salan görmədim,

Sözümü vecinə alan görmədim.

Mən vaxtsız özümü qocalan gördüm.


Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Gördüm

Gördüm

Namiq Müslümov Namiq Müslümov