Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Seni Bana Sorsalar .

Seni Bana Sorsalar .

Səni məndən soruşsalar nə deyim? 

Deyimmi ki onun qəlbi daş imiş?

Deyimmi ki güvənmişəm boşuna?

Deyimmi ki  bünövrəsi  yaş imiş?!


Tapılmırdı axtaranda, soranda, 

Acımırdı ürəyimdən vuranda…

Mən bizimlə bağlı xəyal quranda

Demə yolu ayrılığa  tuş imiş…


Deyimmi ki  dərindədi  izləri,

Saxta imiş o ağlayan gözləri, 

Nə deyibsə yalan imiş sözləri…

Deyimmi ki and-amanı boş imiş?!


Çox gec idi həqiqəti  biləndə,

O yox idi mən gözümü siləndə…

Mən həsrətdən hissə- hissə öləndə

Yad ürəkdə onun günü xoş imiş…


Səni məndən soruşsalar nə deyim?! 

Deyimmi ki ömrüm ona nuş imiş?

Əvvəlindən könlü yoxmuş qalmağa….

Bilməmişəm… Bir köçəri quş imiş…

Dr.İlhamə Müslümova🩺

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 9
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Seni Bana Sorsalar .

Seni Bana Sorsalar .

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova