Ben Gözlerinin Sihrine Düşdüm Onu  Görcek..

   

    Mən gözlərinin sehrinə düşdüm onu görcək, 

    qəlbim yaralandı, 

     Baxdım günəşə, gördüm utandı işığından, 

     göy də aralandı….

     Güldü üzümə qıyqacı, cismim elə yandı ,

     odlarə qalandı…

     Girdi başıma bir dəli sevda ki gül üzlü…

     ağlımda dolandı ….

     Zəbt eyləyərək mənliyimi xəstəhal etdi, 

     varlığım talandı…

     Heç kimsə ilə qəlbimi bölməzdim əzəldən ,

     indi paralandı…

     Gördüm yarımı əğyar ilə, partladı bağrım…

     fikrim haçalandı…

     Bilməzdim onun ağrısını,  mən nə biləydim,

     dərdlərə salandı?

     Açdım ürəyi mən ona….rədd eylədi afət…

     dünyam qaralandı….

     İndi nə edim, sanmış idim yar da sevirmiş…

     gördüm ki yalandı …

     Gəl, ey Şəfa, hər bir gözələ yar demə bica, 

     vəfasız olandı….

     Bir də eşidərsən, sənin haqqında deyirlər:

     “Yazıq havalandı”…..

     Dr.İlhamə Müslümova(Şəfa)  

( Ben Gözlerinin Sihrine Düşdüm Onu Görcek.. başlıklı yazı Doktor-Yazar İlhamə Müslümova tarafından 23.11.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.
 

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu