Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Olur..

Olur..

Mən neyləyim… həmişə

Qismətimdə göz olur,

Hər uğurun sonunda 

On düşmənim yüz olur ))


Hamını yoxlayıram,

Dostu qucaqlayıram…

Məsafə saxlayıram, 

Danışmağa üz olur…


Sözüm qəlbə dəyərsə, 

Ağlım məni söyərsə ,

Niyə etdin deyərsə

Ürəyim köz-köz olur…


Xırdalayıb üyütsəm…

Olanları böyütsəm… 

Etmirəm ki… gər etsəm

Aralıqda söz olur…


Sözlərimə gülürlər,

Paxıllıqdan ölürlər,

Amma yaxşı bilirlər 

Hər nə desəm düz olur…

Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Olur..

Olur..

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova