Yüreğin Üşümesin
Yaş süzülən görməyim o büllur yanağından,
Qaşların çatılmasın, ürəyin qəm yeməsin…
Ayrılıqdan başqa söz çıxmırsa dodağından,
Eləcə sus bax mənə, dilin heç nə deməsin…
Bir naşı üzgüçüyəm göz yaşında boğulan…
Bu həsrəti sevmədim aramıza soxulan…
Sevginin əvəzində ürəyində doğulan
ayrılığı qarğadım …ölsün …heç böyüməsin …
Göydən daşmı yağacaq əgər mənə inansan?!
Nə olar ki son liman gəlib məndə dayansan?!
Yanından yel ötəntək yaman naxoşlayansan…
Sevgimi ört üstünə… ürəyin üşüməsin….
Dr.İlhamə Müslümova
Yorumlar, Tebrikler ve Beğenenler
- Yorumlar 3
- Yorum Yaz
- Tebrikler
- Beğenenler
- Popüler Yazıları
Yorum yazmak için giriş yapın.