Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Seni

Seni

  

   Bəlkə də hamıyçün adi biriydin,

   Qoydum ürəyimin başına səni…

   Sən mənim eşqimin sınaq yeriydin, 

   Bürüdüm gözümün yaşına səni…

  

   Zaman öz hökmünü oxumuş idi, 

   Saçıma ağları  toxumuş idi,

   Ömrüm daha əcəl qoxumuş idi, 

   Yaz etdim ömrümün qışına səni…


   Sevinci üzümə yaraşdırmadın,

   O tərs inadının belin qırmadın, 

   Əziz hiss etmədin,  yaxın durmadın,

   Sən demə sevmişəm boşuna səni …


   Qəmini yükləndim, dərdini yedim, 

   Gətir,  qulağına əhdimi edim, 

   “ Qatilim olaraq yazsınlar, dedim, 

   Mənim məzarımın daşına səni “

   Dr.İlhamə Müslümova 🩺

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Seni

Seni

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova