Online Üye
5657
Online Ziyaretçi
21
Bu eşq daha el içində utanır,
Söküyünü yamamaqdan yoruldum…
Dedim, bəlkə ağıllanar, düzələr…
Səni hər gün sınamaqdan yoruldum…
Hey ötəri həvəslərə qaçmısan,
Yüz xəyalın qanadında uçmusan…
Ürəyimdə elə yara açmısan,
Vallah….hər gün qanamaqdan yoruldum…
Yollarına gül-çiçəyi sərirdim,
Əvəzinə tikanları dərirdim,
Hər keçən gün yüz səhvini görürdüm,
Səni belə tanımaqdan yoruldum…
Niyə yandım bu atəşin qoruna?
Niyə belə inandım kor-koruna ?
Niyə axı düşdüm sənin toruna ?!
Mən özümü qınamaqdan yoruldum….
Dr.İlhamə Müslümova