Gel..

Nə olsun ki çatmır  sənə harayım?! 

Səsim ərşin sahibinə yetdi,  gəl…

Çıxıb getdin,  çökdü könül sarayım, 

Sənsizliyin ömrü viran etdi, gəl…


Bircə dəfə gözlərindən keçim də, 

Nə olar ki ürəyinə köçüm də…

Gör nə qədər ümid vardı içimdə…

Hər birisi yoxa çıxdı, bitdi… gəl…


Sənə vardı bir ömürlük eşq sözüm, 

Yüz il desən, gözləməyə var dözüm …

Ömür vəfa etmir axı , əzizim , 

Qolumdan güc, gözümdən nur İtdi, gəl…


Sən olmusan sinəmdə eşq məbədi,  

Adın mənə səcdəgahdı, Kəbədi …

Mənə qalsa, gözləyərəm əbədi, 

Bu ürəyin sevən yaşı  ötdü,  gəl …


Qıyma mənə olum sənə tamarzı …

Yol üstəyəm…sən son istək… son arzu …

Bundan belə   qalma məndən narazı , 

Sonra demə “görüşməmiş getdi”,  gəl….


Dr.İlhamə Müslümova 

( Gel.. başlıklı yazı Doktor-Yazar İlhamə Müslümova tarafından 11/24/2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.
 

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu