Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

A Dostum

     

     A dostum…


     Yaradan yaradıb atır dünyaya , 

     Nə qədər vaxtın var, demir, a dostum …

     Dünyanın ən yaxşı insanı olsan, 

     Yenə vəfasızdır ömür, a dostum …

               

     Özgə səmasında süzməkmi olur?

     Kədər dənizində üzməkmi olur? 

     Dostun zərbəsinə dözməkmi olur? 

     Gərək olasan daş, dəmir , a dostum …

               

     Bir gün həyatında mütləq yel əsir, 

     Hər şeyi almağa zaman tələsir…

     Bir gün də astaca ipini kəsir, 

     Səni diri- diri gömür, a dostum….

              

    Çatıbsa əcəlin, baxmırlar yaşa, 

    Deyirlər, müddətin çatıbdı başa,

    Yazıq Əzrayılı qarğama boşa , 

    Gəlir yuxarıdan  əmr,   dostum !

    Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com

A Dostum

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova