Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Bağlamışam

Bağlamışam

Adını qəlbimə yazandan bəri 

Ömrümü  bir qışa bağlamışam mən…

Sən demə səninlə gələn  ümidi 

Göyərməz bir daşa bağlamışam mən….


Eşqinlə möhnəti, dərdi atanda, 

Duama dönmüsən  gecə yatanda…

Dilək ağacına dilək  tutanda

Adını ən başa bağlamışam mən …


Sevgimçün sonadək əzm eləmişəm, 

Sənə hisslərimi nəzm eləmişəm, 

Bütün səhvlərini həzm eləmişəm, 

Onları gənc  yaşa bağlamışam mən …


Baxma gözəllikdə yüz  tayın olub , 

Sənin ürəyimdə öz payın olub…

Yalançı sevginə  arxayın olub, 

Gözlərimi qoşa bağlamışam mən…


İndi hər baxanda olub bitənə 

Görürəm cəhənnəm yaşatdın mənə….

Çox gec anlamışam….yolumu sənə 

Nahaqdan və  boşa bağlamışam mən….

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Bağlamışam

Bağlamışam

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova