Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Kadın

Kadın

Həyatına naxış olar , səs olar, 

Sevsən onu, sonunacan bəs olar….

Dəyər versən, dönüb doğma kəs olar, 

Sən qadını  zəif bilmə , əzizim….

       

Sevilərsə qollarını açacaq, 

Günəş olub ömrünə nur saçacaq, 

Qanad olsan pərvazlanıb uçacaq, 

Sən qadını zəif bilmə,  əzizim….

      

Bir sığalın  ona şanlı tərifdir, 

Sevgin yoxsa, yaxın durma, heyifdir…

Zəif deyil…qırılğandır, zərifdir…

Sən qadını zəif bilmə, əzizim…

       

Sevgi yoxsa yüz yol çağır, heç gələr?!

Ürəyində ona bir yer seç,  gələr…

Arxa olsan, qayalara güc gələr, 

Sən qadını  zəif bilmə, əzizim…

      

Həm yoldaşdır , həm bacıdır, həm ana…

Qadın dostdur anlayana , qanana…

Gülüb keçər onu zəif sanana ))

Sən qadını zəif bilmə,  əzizim….

Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Kadın

Kadın

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova