Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Dilek Tutalım

Dilek Tutalım

Gəl, əzizim, dilək tutaq səninlə,

Xəyallara sənlə dala bilərəm.

Ürəyimin yarı payı səndədi …

Səndən ayrı necə qala bilərəm?!

          

Gözlərinə yol çəkərəm gözümdən,

Səni,  inan, çox sevərəm özümdən…

Gülüşümü qurban verib üzümdən, 

Kədərini səndən ala bilərəm…

          

Xoşlamıram hər zərbədə əyiləm…

Bəyənmirəm addımbaşı  öyüləm…

Günəş bilmə…çox da güclü deyiləm…

Bulud kimi hərdən dola bilərəm…

           

Gözüm iti… yanlışları seçir də…

İnsan daim əkdiyini biçir də…

Səni necə yazmışamsa,  o cür də 

Ürəyimdən yola sala bilərəm…      

        

Günahımla-savabımla gəl tanı, 

Mükəmməl bir insan varmı? de hanı? 

Hamımızın  var içində şeytanı))

Sən istəsən mələk ola bilərəm…

Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Dilek Tutalım

Dilek Tutalım

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova