Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet 1 Online Üyeler
(0 oy)

Vurarlar

Vurarlar


   İnanma  gəl, bir  kimsənin  düzünə, 

   Bu  həyatda  güvən  ancaq  özünə!

   Ürəyini   qızdırarsan  sözünə , 

   İmkan  tapıb  ürəyindən vurarlar…

         

   Çalış , elə  uzaqda  dur  bacarsan…

   Gün  gələr ki, anlayarsan…qaçarsan …

   Adam  bilib   sən  qapını açarsan, 

   Gecə  durub dirəyindən  vurarlar…

           

   Hər  insanı  eyni  yerə qoyursan, 

   Tanıyarsan bircə dəfə  buyursan…

   Çörək verib qarınların doyursan , 

   Gün   gələr ki,   çörəyindən  vurarlar…

             

   Çalış   düşmə, möhtac  olma  heç  kimə,

   De  ki   özüm qatlanacam yükümə…

   Yarımcanla  yolun düşsə  həkimə ,

   Fürsət  bilib  xərəyindən vurarlar ….

           

   Həyat desən… bir udumluq nəfəsdi …

   Ömür desən…boşa getdi , əbəsdi….

   Eşq sanarsan…  görərsən ki  həvəsdi…

   Dost sanarsan…. kürəyindən vurarlar…

   Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Vurarlar

Vurarlar

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova