Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Kalem

Kalem

    

      Ah-nalən, fəryadın ucalır göyə, 

      Bəsdir sızladığın, qələm ay qələm…

      Az qalıb dərdlərin  qəddini əyə,

      Bəsdir sızladığın, qələm,  ay qələm…

   

      Bəzən xəzan vurmuş bağı çəkirsən,     

      Dərdin loxmasına  yağı çəkirsən, 

      Varağın bağrına dağı çəkirsən, 

      Bəsdir sızladığın, qələm, ay qələm…

     

      Ürəyin doludur,  dəftər neyləsin? 

      Nə desin yanğına  əlac eyləsin?

      Az qalıb dil açıb kağız söyləsin:

      “Bəsdir sızladığın,  qələm, ay qələm “

     

      Fikrin gah arana, gah dağa düşür,

      Ürəyin ağlınla yaman  döyüşür…

      Guya  yazmağınla nəsə dəyişir?! 

      Bəsdir sızladığın,  qələm, ay qələm…

  

     Ayrılıqdan yazdın,  eşqi dandılar…

     Sevgidən danışdın, lal dayandılar…

     Elə yazdın, məni şair  sandılar))

     Bəsdir sızladığın,  qələm, ay qələm…


     Mən yetər deyirəm, sən  öz təbində…

     Gör  neçə varaq var sənlə kəbində….

     Yazmaqdan bitibdi mürəkkəbin də…

     Bəsdir  sızladığın, qələm, ay qələm! 

        Dr.İlhamə Müslümova 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Kalem

Kalem

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova