Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum AtışmaYENİ Online Üyeler
24.11.2024 · 281 · 1 · Tahmini 1 dk okuma
PDF olarak indir

“İki Simit Bir Stekan Çay Ola” şiirini çevrimdışı oku.

İndir
(0 oy)

İki Simit Bir Stekan Çay Ola

İki Simit Bir Stekan Çay Ola

Tərk edəsən səsli-küylü şəhəri,

Öz kəndində qarşılayıb səhəri,

Unudasan içindəki qəhəri.

Fərqi yoxdur, qış ola, ya yay ola,

İki simit, bir stəkan çay ola...


Tələbəydik, bir zaman deyib-gülən.

Onda gözəl idi həyat mən bilən.

Tək dərdimiz bir saatdan bir gələn,

Beş nömrəli, köhnə tramvay ola,

İki simit, bir stəkan çay ola...


Nə qədər də olsan dərdli-kədərli,

Bu dünyadan yapışma iki əlli,

Ovunmağa bircə dost da yetərli,

Sən ona tay, O da sənə tay ola...

İki simit, bir stəkan çay ola...


Arzularla ömür gedər, gün gedər,

Boş şeylərlə ömrü etmə sən hədər,

Xoşbəxtliyə bir daxma da bəs edər.

Şərt deyil ki, imarət, saray ola,

İki simit, bir stəkan çay ola...


Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)

Yorumlar, Tebrikler ve Beğenenler

  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
İki Simit Bir Stekan Çay Ola

İki Simit Bir Stekan Çay Ola

Namiq Müslümov Namiq Müslümov