Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Cinaslı Kafiye Şiiri

Cinaslı Kafiye Şiiri

Alnıma yazılmış yəqin dərd çəkim,

Dərdi çəkə-çəkə azalıb çəkim.

Bu dərdin rəsmini bəs necə çəkim?

Əlimə heç kağız-qələm almamış


Kiminə bu dünya, sevinc yeridi,

Mənimsə üstümə kədər yeridi.

Bəlkə nə zamansa gözəl yer idi,

Bəlkə mən anadan hələ olmamış.


İstədim həyatdan nəsə qazanım,

Mənim də qaynasın evdə qazanım.

Gördüm, nə çox imiş quyu qazanım.

Məni qocaltdılar yaşa dolmamış.


Bağımda yetişdi bol meynə, üzüm,

İmkan vermədilər bir salxım üzüm.

Etiraz etməyə gəlmədi üzüm,

Yenə də bir xeyri gördüm olmamış.


Ruhum sıxılanda üz tutdum yara,

Barı sən sevginlə işimə yara.

O da ürəyimdən vurdu bir yara,

Əvvəlki yaralar heç sağalmamış.


Gördüyüm hər şeyi salaraq yada,

Nə dosta sirr verdim, nə də ki yada.

Ya mən saf olmuşam… bilmirəm… ya da,

Dünyada kimsəyə güvən qalmamış.


Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 4
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Cinaslı Kafiye Şiiri

Cinaslı Kafiye Şiiri

Namiq Müslümov Namiq Müslümov