Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Gelmişim Kapına

Gelmişim Kapına

        Gəlmişəm….qapından qaytarma məni…

        Mən  sənin  sevginə  möhtac  biriyəm, 

        Saçıma   yağıbdı  illərin  dəni, 

        Həsrətdən  tükənən  bir  sərsəriyəm…

                 Gəlmişəm…qapından qaytarma məni…

                 Mənim  yaralarım  çox  dərindədir,

                 İnsanın  qırmazlar son  ümidini, 

                 Mənim  son  ümidim  gözlərindədir

        Gəlmişəm…qapından  qaytarma  məni…

        Razıyam, qapında  bir  daş olum  mən…

        Ya  da  bir  paltartək  as  dolabından, 

        Əynində  köhnəlim, nimdaş  olum  mən..

                 Gəlmişəm, qapından qaytarma məni…

                 Gəlim  pəncərəndə  ay olum  sənin…

                 Gündüzlər  gizlənim  kipriklərində,

                 Gecələr  yuxuna  pay  olum  sənin

        Gəlmişəm… qapından qaytarma məni….

        Bağçanda  gül olum,  təzə-tər olum…

        Sən  gəlib-gedəndə  toxun  sinəmə,

        Ayaq  izlərindən  bəxtəvər  olum…

                 Gəlmişəm…qapından qaytarma məni…

                 Məni  əzizlərin  başına  çevir …

                 Allah  qonağıyam, göndərib  sənə…

                 Nə  olar  ömründə  mənə  də  yer ver…

       Dr.İlhamə Müslümova

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Gelmişim Kapına

Gelmişim Kapına

Doktor-Yazar İlhamə Müslümova Doktor-Yazar İlhamə Müslümova