Online Üye
Online Ziyaretçi

Bir bax əməlinə, bir bax özünə,
Qoyma başımıza ağıl, a dünya.
Daha inanmıram heç bir sözünə,
Bəsdir söylədiyin nağıl, a dünya.
Bürüyüb haqsızlıq zülüm hər yanı,
Biz kimə eyləyək, görən üsyanı?
Neynirəm sənintək fani dünyanı?
Yaxşısı budur ki, dağıl, a dünya
Nə olsun güclüsən, var uca dağın,
Oldun oyuncağı beş-on alçağın
Aclıqdan ağlayan yetim uşağın
Axan göz yaşında boğul a dünya
Hər şey əvvəl-əvvəl çox gözəl olur,
Dəyərlər zamanla itir, pozulur,
Hamı doğulanda məsum doğulur,
Sən də öl, yenidən doğul, a dünya
Durdur savaşları, axan qanları,
Zalimlər almasın, daha canları,
Qoru qoynundakı saf insanları,
Onda deyərik ki, sağ ol, a dünya.
Namiq Müslümov