Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Qaytar Öz Yerine Koy Yüreğimi

Qaytar Öz Yerine Koy Yüreğimi

Qəlbimi verdim ki, qəlbində qalım,

Gündə yüz yol dedim, qadanı alım.

Daha demədim ki, sənə, ay zalım, 

Tikanlı sözlərlə oy ürəyimi!


Öncə inanmışdım sənə doğrusu,

Yox imiş səndə heç Allah qorxusu.

Sən, ey sevgi dolu bir qəlb oğrusu,

Yağmala, talan et, soy ürəyimi! 


Gətirdim önünə hər nə istədin,

Mən sənə verdikcə yenə ver dedin,

Qanımı sovurdun, ömrümü yedin,

Yeyib birdəfəlik doy, ürəyimi…


Bu nə iztirablı, acı həyatdı,

Hər günüm dərdimə yeni dərd qatdı.

Sonda birdəfəlik atəşə atdı,

Gəlinlik geydiyin toy, ürəyimi.


Nə deyim, bu qədər dərd-qəmdən sonra?

Artıq sevəmmirəm mən səndən sonra,

Ölürəm sən çıxıb gedəndən sonra, 

Qaytar öz yerinə qoy ürəyimi! 


Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Qaytar Öz Yerine Koy Yüreğimi

Qaytar Öz Yerine Koy Yüreğimi

Namiq Müslümov Namiq Müslümov