Tema
Üye Ol Giriş Yap
Şiir Deneme Hikaye Makale Serbest Kürsü Sesli Şiirler Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Uzun Gece

Uzun Gece

Yenə uzun gecə… yata bilmirəm,

Göydəki ayın da yuxusu gəlir.

Başımı heç nəylə qata bilmirəm,

Sənli günlərimin qoxusu gəlir.


Səni düşünürəm, səni ,  hər gecə

Xəyalən keçmişə uçub gedirəm.

Bəzən səndən xəlvət, səndən gizlicə,

Səni öz yuxuma qonaq edirəm.


Gecə də, gündüz də hey düşünərək,

Səni unutmağın yolun aradım.

Daha acılara dözmür bu ürək, 

Dəliyə çıxacaq sonunda adım.


Mən səni unuda bilsəydim əgər,

Bəlkə ondan sonra bir gün görərdim.

Zülüm çəkməz idim yəqin bu qədər, 

Bir az azalardı kədərim, dərdim.


Bəs necə unudum olub-keçəni?

Bütün fikirləri atım başımdan…

Sənin yaşadığın evi, küçəni,

Silim birdəfəlik öz yaddaşımdan…


Yoxsa ona görə unudammıram?

Səni xatırladır qocaman şəhər…

Özüm istəyərək səni anmıram,

Gözünü andırır o mavi Xəzər


Bu dəniz, bu şəhər olmasa idi,

Səni unudardım bəlkə birtəhər.

Yuxumda izlərin qalmasa idi,

Ölüb dirilməzdim səhərə qədər.


Daha heç döyünmə, ay ürəyim, dur, 

Əzabla yaşamaq ömrə yamaqdır.

Yəqin ki həyatın təzadı budur:

“Unutmaq istəmək unutmamaqdır…”


Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Uzun Gece

Uzun Gece

Namiq Müslümov Namiq Müslümov