Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Gel Deme

Gel Deme

Pencəyimi götürüb, 

Daha çıxıb gedirəm.

Səni gözdən itirib,

Qəlbi yıxıb gedirəm.


Gedirəm bir dəfəlik,

Bir də geri gəlmərəm.

Demirəm də hələlik,

Desəm gedə bilmərəm.


Boylanma heç dalımca

Çıxım, qapını bağla.

Məni yada salınca,

Otur doyunca ağla.


Gözlərindən yaş doğub,

Bir göl düzəlt özünə.

Məni o göldə boğub,

Sonra da döy dizinə.


Gedirəm uzaqlara,

Heç kəs tapa bilməsin.

Elə bir yer ki, ora,

Sənin ətrin gəlməsin


Gözümdən axan yaşı,

Yola səpib gedirəm.

Yollardakı hər daşı,

Əzizləyib gedirəm.


Artıq vermişəm qərar,

Nöqtə qoydum eşqimə.

Səndən son istəyim var,

Mənə qayıt, gəl demə.


Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 1
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Gel Deme

Gel Deme

Namiq Müslümov Namiq Müslümov