Kızım

Heç nə verə bilməz sənin yerini,

Sığmaz sənə sevgim cahana, qızım.

Bəxş etdin Cənnətin üçdə birini,

Təkcə varlığınla atana, qızım.


Bir az naz-qəmzəli, bir az küsəyən,

Olsa tez inciyər xətrinə dəyən,

İnadda, tərslikdə mənə bənzəyən,

Heç güzəşt eləməz nöqsana qızım.


Sənin gəlişinlə dünyam dəyişdi,

Sanki ocağıma nur topu düşdü,

Bilmirəm nə hikmət, bu necə işdi,

Gəlişin can qatdı bu cana, qızım.

        

Gözəl gülüşünlə, ruhum çağlayır,

Güləndə gözünün içi parlayır.

Sən gülsən evim də gülür, oynayır,

Qəhqəhən yayılır hər yana, qızım.


Sən mənim dünyada ən həssas yerim,

Ölçülə bilməyən böyük dəyərim,

Gözündə yaş görsəm, artar kədərim,

Qorxuram bu qəlbim dayana, qızım.

                              

Namiq Müslümov

( Kızım başlıklı yazı Namiq Müslümov tarafından 21.11.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.
 

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu

EdebiyatEvi.Com | Edebiyat ve Kültür Platformu