Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Ata Nolar Birce Günlük Qayıt Gel

Ata Nolar Birce Günlük Qayıt Gel

Darıxıram, gözləyirəm yolunu,

Ata, nolar, bircə günlük qayıt, gəl.

Tut əlimdən, sal boynuma qolunu,

Ata, nolar, bircə günlük qayıt, gəl!


Mən gücümü axı səndə tapardım,

Gedişinlə sən onu da apardın,

Ürəyimin bir parçasın qopardın,

Ata, nolar, bircə günlük qayıt, gəl!


Səndin mənim güvəndiyim yoldaşım,

Həm atamdın, həm də dostum-qardaşım…

Tək qalmışam, yoxdur daha sirdaşım,

Ata, nolar, bircə günıük qayıt, gəl!


Hər dəfə düşəndə çətinə, dara,

Bilmirəm üz tutum mən kimə, hara,

Sənsizlik ruhumda açıbdır yara,

Ata, nolar, bircə günlük qayıt, gəl!


Çox ağır olurmuş həyatın yükü,

Zamansız ağardı başımın tükü,

Nə dövlət istərəm, nə malı-mülkü,

Ata, nolar, bircə günlük qayıt, gəl!


Yoxluğun ömrümü bitirər, yeyər,

Bükər dizlərimi, qəddimi əyər,

Səninlə bir günüm bir ömrə dəyər

Ata, nolar, bircə günıük qayıt, gəl!


Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 3
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Ata Nolar Birce Günlük Qayıt Gel

Ata Nolar Birce Günlük Qayıt Gel

Namiq Müslümov Namiq Müslümov