Tema
Üye Ol Giriş Yap
Şiir Deneme Hikaye Makale Serbest Kürsü Sesli Şiirler Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Men Sevende Adam Kimi Sevirem

Men Sevende Adam Kimi Sevirem

Dolanmışam həmişə yan-yörəndə,

Min vermişəm, sən mənə bir verəndə.

Gözlərində bir damla yaş görəndə,

İstəmişəm bu dünyanı devirəm.

Mən sevəndə adam kimi sevirəm.

                       

Mənim sevgim ötəri həvəs deyil,

Sözlərim də əməlimə tərs deyil.

Ürəyimi verdim sənə bəs deyil?

Bilmirəm ki, daha nəyimi verəm,

Mən sevəndə adam kimi sevirəm.

                       

Böyütmürəm hər xırda nöqsanları,

Göz yumuram, boş verirəm onları.

Məni xoşbəxt eyləyən hər anları,

Beynimin bir küncünə qeyd edirəm,

Mən sevəndə adam kimi sevirəm.

                       

Məhəbbətsiz tam deyiləm, yarıyam

Çalışmışam eşqimizi qoruyam,

Yaraları saf sevgimlə sarıyam.

Heç gördünmü sevgidən üz çevirəm?

Mən sevəndə adam kimi sevirəm.

                        

Gecələri haram qatdım yuxuma,

Örnək oldum sədaqətdə çoxuna.

Mənə sevgi dastanları oxuma.

Özüm sevgi nəğməsiyəm, şeirəm,

Mən sevəndə adam kimi sevirəm.

                         

Namiq Müslümov

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 9
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Men Sevende Adam Kimi Sevirem

Men Sevende Adam Kimi Sevirem

Namiq Müslümov Namiq Müslümov