Tema
Üye Ol Giriş Yap
Anasayfa Şiir Deneme Hikaye Makale Serbest Kürsü Yazarlar Forum Sohbet 1 Online Üyeler
(0 oy)

Axtarıram

Axtarıram

Yaşamaq üçün həvəs, həm də maraq axtarıram,

Rənglərin içində mən təkcə dümağ axtarıram.


Dedim, axtardığımı öncə yazım bir kənara,

Qələmi tapdım axır, indi varaq axtarıram.


Dedilər, çoxdu papaq altda yatan nər kişilər, 

Altına baxmaq üçün başda papaq axtarıram.


Baxdım, hər kəs özünü sahibi-yer zənn eləyir,

Mənsə sərgərdan olub  yerdə qonaq axtarıram.


Kimisi əldə çıraqla bəni -adəm arayır, 

Adamı tapmağa əvvəlcə çıraq axtarıram.


Ömrü axtarmaq üçün sərf elədim, mən qaragün, 

Qalmadı başda tüküm, şanə-daraq axtarıram.


Yorulub hərdən həvəsdən də düşən vaxtım olub,

Bəzən də düşünmüşəm… bəlkə nahaq axtarıram….


İndi bildin nə imiş, Namiq, sənin tapmadığın?

Sən demə çağ içrə mən  özgə bir çağ axtarıram.


Namiq Müslümov 

Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 6
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Axtarıram

Axtarıram

Namiq Müslümov Namiq Müslümov