Tema
Üye Ol Giriş Yap
Şiir Deneme Hikaye Makale Serbest Kürsü Sesli Şiirler Yazarlar Forum Sohbet Online Üyeler
(0 oy)

Bir Ev Var Çox Uzaqlarda

Bir Ev Var Çox Uzaqlarda
Bir ev var çox uzaqlarda

Bir ev var çox uzaqlarda…
Neçə ildir, yalqız qalıb.
Kimsəsiz bir  adam kimi həmin ev də 
Xatirələr ağuşunda fikrə dalıb…

Bir ev var çox uzaqlarda…
Çölü soyuq, içi soyuq….
Tənha qalıb, kimsəsizdir,
içəridə peçi soyuq….

Bir ev var çox uzaqlarda… üşüyür ev…
Həsrət qalıb insanların nəfəsinə,
söhbətinə, həm səsinə,
pəncərədə kölgəsinə…

Tək üşüyən ev deyil ki…
Evdə qalan xatirələr,
açılmayan pəncərələr,
divardakı şəkillər də,
stol, stul, kətillər də….
Bomboş yataq da üşüyür…
Sönmüş ocaq da üşüyür.

Bir ev var çox uzaqlarda… darıxır ev…
Həyətinə, bacasına
Nə baxan var, nə yoxlayan,
Neçə ildir qapısını,
Nə açan var, nə bağlayan.

Tək darıxan ev deyil ki,…
Həyətdəki gül kolları,
Ot basmış cığır-yolları…
Ayaq dəyməyən səki də,
stəkan da, nəlbəki də…
Qazan, tava da darıxır,
Kürək, yaba da darıxır.

Bir ev var çox uzaqlarda… 
O evdə qubar yaşayır,
Köhnə arzular yaşayır,
Köçüb gedən sakinlərdən
Yadigar ruhlar yaşayır.
Torun qurub ov gözləyən
Qara hörümçək yaşayır,
Tavandakı taxtaları içdən yeyən 
Bir sürü böcək yaşayır,
Toz basmış rəfin üstündə,
Cildi solmuş bir kitabda
qurumuş ləçək yaşayır.

Üşüyərək, darıxaraq,
Dişlərini bərk sıxaraq,
Yola-izə  baxa-baxa,
Ümid edib bir sabaha
Çoxdan gedən insanların,
Bir gün geri dönməsinə inanan
Mətanətlə, əzəmətlə dayanan
Bir ev var çox uzaqlarda…
Bir ev var çox uzaqlarda….

Namiq Müslümov 
Sitede Önceki / Sonraki
Yazarın Önceki / Sonraki
Oylama
0 (0 oy)
  • Yorumlar 2
  • Yorum Yaz
  • Tebrikler
  • Beğenenler
  • Popüler Yazıları
Yükleniyor...

Yorum yazmak için giriş yapın.

edebiyatevi.com
Bir Ev Var Çox Uzaqlarda

Bir Ev Var Çox Uzaqlarda

Namiq Müslümov Namiq Müslümov